Martın 10-da Azərbaycan və Rumıniya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Rumıniyanın xarici işlər nazirinin müavini Daniel İonita ilə görüş zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov Bakının Buxarest ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edərək, siyasi məsləhətləşmələrin növbəti mərhələsinin ikitərəfli münasibətlərin və siyasi dialoqun daha da güclənməsinə xidmət etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcuddur. İki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, kommunikasiya, humanitar və digər sahələrdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar var.
Nazir müavini tarixi “İpək Yolu”nun bərpası, Şərq-Qərb” və “Şimal-Cənub“ nəqliyyat dəhlizi kimi irimiqyaslı layihələrin həyata keçirilməsində Azərbaycanın rolunu qeyd edərək, Xəzər dənizi və Qara dəniz arasında nəqliyyat daşımalarının həyata keçirilməsində tranzit ölkələr kimi Azərbaycan və Rumıniyanın xüsusi əhəmiyyətə malik olduqlarını diqqətə çatdırıb.
Enerji sahəsində əməkdaşlıq haqqında danışan X.Xələfov Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ enerji mənbəyi kimi Azərbaycanın rolunu qeyd vurğulayıb.
Nazir müavini Ermənistan-Azərbaycan münaqişəsinin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib.
D.İonita Rumıniyanın Azərbaycan ilə xüsusi münasibətlərə malik olduğunu qeyd edərək, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Ruminıyalı diplomat cari ildə bir sıra səfərlərin planlaşdırıldığını diqqətə çatdırıb.
Buxarestin Bakı ilə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirən D.İonita Azərbaycan-Rumıniya Hökumətlərarası Komissiyanın növbəti iclasının cari ilin sonlarında keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Bakının regionda Rumıniya üçün etibarlı tərəfdaş olduğunu vurğulayan rumıniyalı nazir müavini ölkəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklənməsi ilə bağlı mövqeyinin dəyişməz qaldığını bildirib.
Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş" imzalanıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət