“Bakı Gəmiqayırma Zavodu” MMC “Xankəndi” sualtı tikinti gəmisinin inşasını 2016-cı ildə başa çatdıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell məlumat verib.
O qeyd edib ki, gəminin inşası “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” çərçivəsində həyata keçirilir.
“Həmçinin “Mərhələ-2” çərçivəsində hazırda Bakı Dərin Özüllər Zavodunda iki platformanın özülünün tikintisi davam edir. Cari ilin sonuna kimi platformalardan birinin tikintisi başa çatacaq və qurulmaq üçün dənizə yola salınacaq”, - deyə Q.Birrell qeyd edib.
Onun sözlərinə görə, 2016-cı ilin sonuna kimi yeni platformadan Səngəçal terminalına qaz və kondensatın nəql olunması üçün sualtı boru kəmərlərinin tikintisi başa çatdırılacaq.
“Bütövlükdə, “Mərhələ-2” layihəsi çərçivəsində həyata keçirilən işlərin sürəti və həcmi bizdə 2018-ci ildə “Şahdəniz” yatağından Azərbaycan qazının Türkiyəyə, 2020-ci ildə Avropaya çatdırılması üzrə qrafikə riayət olunacağına dair əminlik yaradır”, - deyə o vurğulayıb.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” konsorsiumunun səhmdarları 2013-cü il dekabrın 17-də Bakıda bu yatağın işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. İllik hasilat 16 mlrd. kubmetr təşkil edəcək. Bunun 10 mlrd. kubmetri Avropa, 6 mlrd. kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Azərbaycan qazının Avropaya nəqlinə 2019-cu ildə başlanılacaq.
“Mərhələ-2”nin dəyəri $28 mlrd. təşkil edir. “Mərhələ-2” layihəsi 2 yeni platformanın tikintisini, 26 sualtı quyunun qazılmasını və 550 metr dərinlikdə 500 kilometrlik sualtı boru kəmərlərinin çəkilməsini, Səngəçal terminalının genişləndirilməsini, Cənubi Qafqaz boru kəməri magistralının ötürmə qabiliyyətinin 16 mlrd. kubmetrə qədər artırılmasını və qazın Avropaya nəqli üçün 4000 kilometrə qədər uzunluqda yeni qaz kəmərlərinin tikintisini nəzərdə tutur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət