“Microsoft” şirkəti Azərbaycanda kibertəhlükələrin artması barədə xəbərdarlıq edir. Şirkətin məlumatına görə, bu, fərdi kompyuterlər, veb-saytlar, İT şəbəkələrinə hücumların artması ilə əlaqədardır.
“IDC-nin hesabatına əsasən, 65 faiz hallarda şirkət əməkdaşlarının fərdi kompyuterlərinə lisenziyasız proqram təminatı quraşdırılır, hər dördüncü işçi isə öz kompyuterinə qeyri-leqal proqram və tətbiqlər yükləyir”, - deyə məlumatda qeyd edilir.
İnternetdə “Microsoft” Korporasiyasının müxtəlif proqram məhsullarını pulsuz yükləmək təklifi vasitəsilə eyni saxta sxemə Azərbaycanda da rast gəlinir. Məsələn, “pulsuz “Windows” yükləmək” təklifi vasitəsilə internetdən proqram yükləndiyi zaman 100 haldan 92-sində müştərilər öz məxfi məlumatlarını və pullarını itirmək riskinə məruz qalır.
“Microsoft” Korporasiyasının Kibercinayətkarlıq ilə Mübarizə Beynəlxalq Mərkəzinin məlumatına əsasən, Şərqi Avropa ölkələrində vətəndaşların 80 faizi keçmişdə kibercinayətkarlıqla qarşılaşıb, orta və kiçik sahibkarlıqla məşğul olan şirkətlərinin 97,5 faizi isə ən azı ildə bir dəfə kibertəhlükəyə məruz qalıb.
“Microsoft”un MDB ölkələrində proqram aktivlərinin idarə edilməsi və lisenziyalaşma şərtlərinə əməl edilməsinin yoxlanması üzrə direktoru Dmitri Beresnyev bildirib ki, cinayətkarlar yüksək texnologiyalardan istifadə etdiyi üçün təhlükə səviyyəsi daim artır. Ötən ildə 317 milyon zərərli proqram yaradılıb ki, bu da gün ərzində 1 milyona yaxın yeni kibertəhlükə deməkdir.
“Microsoft” korporasiyası piratçılığa qarşı mübarizədə yalnız lisenziyalaşdırılmış proqram təminatını istifadə etməyi, müntəzəm olaraq əməkdaşlara korporativ təhlükəsizlik barədə təlim keçməyi, həmçinin məlumatların müdafiəsi məqsədilə xüsusi proqram və cihazlardan tətbiq etməyi məsləhət görür.
Təkcə 2015-ci il ərzində bütün dünya üzrə kiberhücumların zərəri 159 milyard ABŞ dollarına bərabərdir, “Symantec”ın məlumatına əsasən, hesabat ilində 594 milyon insan haker hücumlarının qurbanı olub.
A. Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət