“Microsoft” korporasiyası və Azərbaycanın “Gilan Holding”i arasında rəqəmsal transformasiya sahəsində əməkdaşlığa dair razılıq əldə olunub. Bu barədə “Microsoft”dan məlumat verilir.
“Microsoft” kibertəhlükəsizliyin yaxşılaşdırılması üzrə Azərbaycan hökumətinin strategiyasının dəstəklənməsi çərçivəsində “Gilan Holding” ilə yeni korporativ müqavilə (“Enterprise Agreement”) imzalayıb və bununla da rəqəmsal transformasiya sahəsində sözügedən şirkətlər qrupunun strateji tərəfdaşına çevrilib. Sazişin əsas məqsədi informasiya texnologiyalarının tətbiqi və pirat proqram təminatının aradan qaldırılması istiqamətində Azərbaycan hökumətinin siyasətini dəstəkləmək, yeni nəsil informasiya texnologiyalarının biznesə daxil edilməsi prosesində texnologiya nəhəngindən dəstək almaqdır”, - məlumatda deyilir.
“Microsoft”la sözügedən sənədin imzalanması “Gilan Holding”ə texnologiya inkişafında yeni səviyyəyə keçid prosesində yüksək nailiyyətlər əldə etməyə imkan verəcək", - məlumatda “Gilan Holding”in İnformasiya texnologiyaları üzrə direktoru Nizami Mansurovun sözlərindən sitat gətirilir.
“Biz “Microsoft” şirkəti olaraq ölkənin ən böyük özəl strukturlardan biri olan “Gilan Holding”lə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu əməkdaşlıq rəqəmsal transformasiya köməyi ilə beynəlxalq rəqabətqabiliyyətini artırmaqla holdingin müxtəlif biznes portfellərinin idarəolunmasını asanlaşdıracaq”, - “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.
Məlumatda həmçinin qeyd olunur ki, son bir neçə il ərzində kibercinayətkarlığın səviyyəsi misli görünməmiş miqyasa çatıb və müxtəlif müəssisələrdə bir sıra İT-infrastruktura dəymiş ziyanın həcmi təxminən $400 mlrd-a bərabər olub.
“Kibercinayətkarlar qeyri-qanuni maliyyə mənfəəti üçün zərərli proqramlar yaradır və məlumatların oğurlanması, casusluq və ya digər cinayət əməllərini həyata keçirirlər. Bu səbəbdən saxta və ya lisenziyasız proqramları istifadə edən təşkilatlar riskə məruz qalır”, - məlumatda deyilir.
Rəqəmsal transformasiya deyəndə rəqəmsal texnologiyaların biznes fəaliyyətinin bütün aspektlərinə inteqrasiyası prosesi nəzərdə tutulur. Bu proses texnologiyalar, mədəniyyət, əməliyyatlar və yeni məhsullar və xidmətlərin yaradılması prinsiplərinə əsaslı dəyişikliklərin daxil edilməsini tələb edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət