SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Yaponiya və Çin şirkətləri ilə Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikinti layihəsinin reallaşdırılmasına dair danışıqlar aparır. Bu barədə jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Layihənin həyata keçirilməsi dayandırılmayıb. Məsələ ilə bağlı Yaponiya şirkətləri ilə danışıqlar aparılır. Bundan əlavə, Çin şirkətləri, Çin İxrac-İdxal Bankı bu layihəyə böyük maraq göstərir”, - deyə R.Abdullayev “İnterfaks-Azərbnaycan” agentliyinin sualını cavablandırıb.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi dayandırılmayıb. SOCAR və “Mitsui” şirkəti arasında işçi qrupun fəaliyyəti dayandırılıb. “Biz bu şirkət tərəfindən təqdim edilən təklifi səmərəli hesab etmədik, buna görə bizim “Mitsui” ilə birgə fəaliyyətimiz dayandırılıb. Bununla yanaşı, bu şirkətə öz təklifinə yenidən baxmaq və daha dəqiq hesablarla təqdim etmək təklif olunub”, - deyə o qeyd edib.
OGPC kompleksinin tikintisi layihəsi iki mərhələdə həyata keçiriləcək, birinci mərhələdə qaz emalı zavodu və neft-kimya zavodunun tikintisi, ikinci mərhələdə neft emalı zavodunun tikintisi nəzərdə tutulub. Birinci mərhələ çərçivəsində tikinti işləri 2015-2020-ci illəri əhatə edəcək.
I mərhələnin dəyəri $7 mlrd. təşkil edir və onun 30%-nin dövlət vəsaiti, 70%-nin isə borc vəsait hesabına maliyyələşdirilməsi planlaşdırılır. Kreditlər üzrə faizlərin ödənilməsi nəzərə alınmaqla ümumilikdə bu layihənin dəyəri $8,45 mlrd. təşkil edir. Birinci mərhələnin gəlirliliyi 20%-dən çox, investisiya xərclərinin çıxarılma müddəti 4-5 ildir.
Birinci mərhələdə illik istehsal gücü 12 mlrd. kubmetr olan qaz emalı zavodunun və ildə 860 min ton polimer (yüksək və aşağı sıxlıqlı polietilen və polipropilen) istehsalını nəzərdə tutan neft-kimya zavodunun, avtonom enerji bloku daxil olmaqla ümumi zavod təsərrüfatının tikintisi planlaşdırılır.
8,6 mln. ton gücə malik yeni NEZ-in 2030-cu ildə istismara verilməsi nəzərdə tutulur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət