Azərbaycanda “İƏT Modeli” – Beynəlxalq Münasibətlər Akademiyası 2016” layihəsinə start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İƏT Gənclər Forumunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Bakı Dövlət Universitetində baş tutan birinci təlimdə ilk məruzəçi İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov olub. O, İƏT Model strukturu, tarixi, vəzifəsi və məqsədləri barədə geniş məlumat verib.
Təlimin ikinci hissəsində Fələstinin səfiri Nasser al Raheem tərəfindən Fələstin-Azərbaycan münasibətləri və Fələstinin İƏT-də rolu mövzusunda mühazirəsi baş tutub. Səfir tələbələrin sullarını cavablandırıb.
Qeyd olunur ki, 2016-cı ildə “İslam Əməkdaşlıq Təşkilatı Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” beynəlxalq təhsil layihəsi eyni zamanda 40-a yaxın ölkədə təşkil edilir. Layihə Azərbaycanda İƏT Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, habelə Bakı Dövlət Universitetinin birgə tərəfdaşlığı əsasında həyata keçirilir.
Proqramda Bakının 15-dən artıq ali məktəbini təmsil edən 120-dən artıq gənc iştirak edir. 6 həftə ərzində tələbələr İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olacaqlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, diplomatlar, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxuyacaqlar.
Müzakirələrin nəticəsi olaraq may ayında Bakıda simulyasiya oyunları çərçivəsində “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantı keçiriləcək.
Qətnamələr şəklində yekun sənədlərində işçi qrupların İƏT arealında, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə konkret təkliflər öz əksini tapacaq.
“İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ndə qalib gələn işçi qrupları xüsusi mükafatla təltif olunacaqlar və cari ilin yayında İƏT-in 40-a yaxın ölkəsini təmsil edən gənc liderlərin iştirakı ilə İƏT-ə üzv ölkələrin birində keçirilməsi planlaşdırılan “Qlobal İƏT Model Forumu” beynəlxalq müsabiqəsində iştirak hüququ qazanacaqlar.
F.İsazadə
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət