Aprelin 12-13-də Bakıda Xəzər-Qara Dəniz Aqrar Konqresi keçiriləcək. Bu barədə tədbirin təşkilatçılarından olan “APK-İnform” informasiya-analitikagentliyinin məlumatında bildirilir.
Konqresin daha bir təşkilatçısı Ukrayna Taxıl Assosiasiyasıdır.
“Bu konqres Ukrayna, Aİ, yeni İpək Yolu ölkələri - Çin, Hindistan, İran, Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rusiya, Türkmənistanın maraqlarını birləşdirən ən vacib forumlardan biri olmalıdır. Tədbirdə taxıl ticarəti, yağlı bitkilər və onların emalı nəticəsində alınan məhsullar, meyvvə, tərəvəz məhsullarının ticarəti məsələləri müzakirə olunacaq. Konqres həmçinin kənd təsərrüfatı məhsulları üçün infrastruktur layihələrinə dair vacib məsələlərin ən yüksək ekspertlər səviyyəsində müzakirə meydanı olacaq”,- deyə məlumatda qeyd edilir.
Konqres aşağıdakı mövzuları əhatə edəcək: yağlı və dənli bitkilərin dünyada və regionda istehsalı və ticarəti; Cənubi Qafqaz və Qara dəniz ətrafı regionların taxıl bazarlarının inteqrasiyası; Transxəzər nəqliyyat marşrutunun aqrar məhsullar üçün perspektivləri; regionda infrastruktur layihələrinin (limanlar, taxıl və konteyner terminalları, dəmir yolu nəqliyyatı və s.) inkişafının intensivləşdirilməsi.
Tədbir çərçivəsində bir neçə təqdimat keçiriləcək: Ukraynanın kənd təsərrüfatının təqdimatı; Azərbaycan beynəlxalq meyvə-tərəvəz bazarında; Region ölkələrində kənd təsərrüfatı məhsullarının ticarətində tarif və qeyri-tarif məhdudiyyətləri; Kənd təsərrüfatı texnikası və aqrokimya bazarının inkişafı.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət