SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ildə Azərbaycan Beynəlxalq Bankdan (ABB) neft emalı və neft-kimya güclərinin yenidən qurulmasına təxminən 1 mlrd. 291 mln. manat məbləğində kredit cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Kredit 2015-ci ildə Nazirlər Kabinetinin sərəncamına əsasən və SOCAR-ın zəmanəti ilə H.Əliyev adına BNEZ-in və “Azərikimya” İB-nin müəssisələrinin yenidən qurulması və modernləşdirilməsi üzrə layihələrin reallaşdırılması üçün cəlb olunub. Bu işlərin məqsədi ölkənin yüksək keyfiyyətli yanacaq və ixracyönümlü polimer istehsalına daxili tələbatın uzunmüddətli təmin edilməsidir”, - deyə hökumətdən qeyd ediblər.
Həmin layihələrin reallaşdırılması çərçivəsində ilkin işlər artıq xarici şirkətlər də cəlb olunmaqla başlanılıb. Satış bazarlarının monitorinqi aparılıb və texniki-iqtisadi əsaslandırmalar hazırlanıb.
Daha əvvəl R.Abdullayevə istinadən məlumat verilmişdi ki, SOCAR 2018-ci ilin sonunda BNEZ-in yenidən qurulması və modernləşdirilməsi üzrə işləri bitirməyi planlaşdırır. Bu, zavodda “Euro-5” standartına cavab verən daha yüksək keyfiyyətli benzin və dizel yanacağının istehsalını həyata keçirməyə və 2030-cu ilin ortalarına qədər ölkənin bu yanacaq növlərinə olan tələbatını ödəməyə imkan verəcək.
Xəbər verildiyi kimi, BNEZ-in yenidən qurulması və modernləşdirilməsi layihəsinə neftin ilkin emalı üzrə qurğunun gücünün illik 6 mln. tondan 7,6 mln. tona qədər, katalitik krekinq qurğusunun gücünün illik 2 mln. tondan 2,5 mln. tona qədər artırılması daxildir.
Heydər Əliyev adına BNEZ-də yenidənqurma və modernləşmə nəticəsində avtomobil benzininin illik istehsal həcmi 1,3 mln. tondan 2,2 mln. tona qədər, dizel yanacağının istehsal həcmi 2.3 mln. tondan 2,9 mln. tona qədər, təyyarə yanacağının istehsal həcmi 700 min tondan 1 mln. tona qədər artacaq.
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 51,07%-i dövlətə, 48,93%-i özəl səhmdarlara məxsusdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət