İsveçrənin SIKA kimya şirkəti 2016-cı ilin sonuna qədər Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində tikinti qarışıqlarının istehsalına başlamağı planlaşdırır. Bu barədə jurnalistlərə “SIKA Azerbaijan” şirkətinin meneceri Adəm Yayla məlumat verib.
“Potensial ixrac bazarları olaraq Rusiya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və İran nəzərdə tutulur.
Yeni zavod ildə 5 min ton tikinti qarışığı istehsal edəcək.
A.Ayla bildirib ki, SIKA Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir, icarəyə götürdüyü zavodda tikinti qarışıqları istehsal edir.
SIKA kimya şirkəti Sumqayıt Kimya Sənaye Parkının altıncı rezidentidir. Şirkətin SKSP ərazisində zavodun tikintisinə ilkin investisiyaları $5,3 mln. təşkil edəcək.
SIKA 1910-cu ildə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Parkın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət