“Azərbaycan Dəmir Yolları” QSC, “Rusiya Dəmir Yolları” ASC və İran Dəmir Yolları “Cənub-Şərq” nəqliyyat dəhlizinin gələcək inkişafı haqqında üçtərəfli saziş imzalayıblar. Bu barədə Rusiya KİV-ləri xəbər verir.
Sənəd Soçidə “Strateji tərəfdaşlıq 1520” beynəlxalq biznes forumu çərçivəsində imzalanıb.
Sazişə yük axınının cəlb edilməsi və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin gələcək inkişafı üçün dəmir yolu tariflərinə dair müddəalar, o cümlədən Bəndər-Abbas-Moskva təcrübə konteyner qatarının təşkili daxildir.
"Yüklərin çatdırılma xərcləri və müddətini azaltmaq, eləcə də “Şimal-Cənub” istiqamətinin cəlbediciliyini artırmaq üçün konteyner yüklərinin bu dəhlizin “qərb qolu” ilə Azərbaycan ərazisindən keçməsi məqsədəuyğundur.
Mart ayında Bakıda “RJD Logistika”, “TransKonteyner” və “ADY Express” şirkətlərinin iştirakı ilə Rusiya, Azərbaycan və İran dəmir yollarının nümayəndələrinin üçtərəfli görüşündə Hindistan-İran-Rusiya multimodal marşrutu təsdiq edilib. Bu marşrutla konteyner yüklərinin müntəzəm daşınmasının təşkili nəzərdə tutulur.
İran ərazisi ilə Bəndər-Abbas limanından Astara sərhəd keçid məntəqəsinə qədər nəql dəmir yolu (Bəndər-Abbas-Qəzvin) və avtomobil nəqliyyatı (Qəzvin-Astara) vasitəsilə həyata keçiriləcək.
Hazırda tərəflər bu marşrutla sınaq daşımalarının həyata keçirilməsi üçün potensial yük bazasını öyrənir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət