Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı iş adamlarını Azərbaycan iqtisadiyyatına fəal şəkildə investisiya qoymağa çağırıb.
«Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı iş adamları yaxşı işgüzar əlaqələrə malikdirlər. Bu, dövlətimizin iqtisadi imkanlarını artırır. İstəyirəm ki, xaricdə yaşayan azərbaycanlı iş adamları Azərbaycan iqtisadiyyatına investisiya qoysunlar”, - deyə dövlət başçısı bu gün Dünya Azərbaycanlılarının IV qurultayında bildirib.
İ.Əliyev qeyd edib ki, 20 il ərzində ölkə iqtisadiyyatına $200 mlrd. vəsait yatırılıb, bu məbləğin yarısı xarici investisiyaların payına düşür.
«Dünyanın bir çoxregionlarında münaqişələrin yarandığı və sabitliyin olmadığı bir vaxtda Azərbaycanda sabitlik hökm sürür, investorlar üçün isə əlverişli şərait var. Buna görə də azərbaycanlı biznesmenlərə iqtisadiyyatımızın müxtəlif – kənd təsərrüfatı, turizm və digər sektorlarına investisiya qoymağı təklif edirəm”, - deyə dövlət başçısı bildirib.
İ.Əliyev həmçinin xaricdə yaşayan azərbaycanlıları ildə ən azı bir dəfə Azərbaycana gəlməyə dəvət edib.
«Azərbaycanda istirahət üçün yaxşı şərait yaradılıb. Biz turizm sahəsini fəal inkiaşf etdirir, vizaların verilməsi sahəsində ciddi islahatlar aparırıq. Əgər xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi ildə ən azı bir dəfə Azərbaycana gələsə, bu, ölkəmizin iqtisadiyyatına müsbət təsir edər”, - deyə prezident qeyd edib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət