Azərbaycan Milli Ensiklopediyası xalqımız üçün son dərəcə qiymətlidir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bəyan edib.
“Azərbaycan Milli Ensiklopediyası xalqımız üçün son dərəcə qiymətlidir. Ensiklopediya ənənələri əsrlərə söykənir”, - deyə A.Əlizadə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunan tədbirdə qeyd edib.
Onun sözlərinə görə, İbn Sina, Nəsrəddin Tusi, Nizami Gəncəvi və digər böyük mütəfəkkirlər ensiklopedik biliklərə malik olaraq, onları öz əsərlərində əks etdiriblər. A.Əlizadə milli ensiklopedik ənənələrin inkişafında Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin rolunu qeyd edib.
“Ensiklopediyaların əsas meyarları sosial həyatın və tarixi biliklərin əksidir. Bu nöqteyi-nəzərdən, Azərbaycan Milli Ensiklopediyası son dərəcə dəyərlidir. Burada gələcək nəsillər üçün faydalı olacaq, xalqımız və dövlətimizin tarixi, elmi və mədəni nailiyyətləri barədə məlumatlar toplanıb”, - deyə AMEA prezidenti bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, öz növbəsində, qeyd edib ki, 1965-ci ildə hazırlanan Azərbaycan Milli Ensiklopediyası SSRİ-nin kommunizm ideologiyasından irəli gələrək işıq üzü görməmişdi.
“1965-ci ildə 10 cildlik Azərbaycan Milli Ensiklopediyası çap olunmadı. Buna Sovet İttifaqının ideologiyası səbəb oldu. Yalnız 10 ildən sonra - 1975-ci ildə Heydər Əliyevin səyləri sayəsində o işıq üzü gördü”, - deyə nazir vurğulayıb. **
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət