Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ilə qədər Brent markalı neftin orta illik qiymətinin $51-dək artımını proqnozlaşdırır.
“2016-cı ildə neftin bir barrel üçün orta illik qiyməti $36, 2017-ci ildə - $42, 2021-ci ildə - $51 təşkil edəcək”, - deyə BVF-nin Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrində neft bazarlarında və neft dövlətlərinin iqtisadiyyatının vəziyyətinə dair icmalında qeyd edilir.
Fondun mütəxəssislərinin qiymətləndirilmələrinə görə, neftin qiymətinin ucuzlaşması Fars körfəzinin neft hasil edən ölkələrinin büdcələrinə təzyiq göstərə bilər. Həmin dövlətlərin iqtisadiyyatlarının stabilləşməsi və şaxələndirilməsi məqsədilə bu ölkələrin siyasətçiləri struktur islahatlar aparmalı olacaqlar.
“Qafqaz və Mərkəzi Asiya (Azərbaycan, Qazaxıstan və b.) neft ölkələrinə gəlincə, onlarda da struktur islahatlara, həmçinin maliyyə sektorunun sabitliyinin dəstəklənməsi məqsədilə maliyyə sisteminə nəzarəti gücləndirməyə ehtiyac var. Lakin, istənilən halda, artan siyasi qeyri-müəyyənlik region ölkələrinə təsir edəcək”, - deyə Fond qeyd edir.
BVF-nin qiymətləndirmələrinə əsasən, 2016-cı ildə Azərbaycanda resessiya 3% təşkil edə bilər.
Fond qeyd edir ki, region ölkələrində, xüsusilə Azərbaycan və Qazaxıstanda valyutaların devalvasiyası inflyasiya təzyiqini gücləndirdi. Proqnozlara görə, bu ölkələrdə cari ildə inflyasiya 15 ildən artıq dövr ərzində ilk dəfə iki rəqəmli səviyyəyə çatacaq.
Fondun analitikləri vurğulayırlar ki, dünyada neftin qiymətinin ucuzlaşması region ölkələrinin bank sektoru üçün də çətinliklər yaratdı. Həmin problemlər kreditləşmənin ləngiməsi, problemli kreditlərin artımı, likvidliyin azalması ilə əlaqədardır.
“Qafqaz və Mərkəzi Asiya ölkələri həmçinin bank sektorundakı, xüsusilə yüksək dollarlaşma ilə bağlı problemləri həll etməlidirlər”, - deyə Fond qeyd edir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət