“Azneft” İstehsalat Birliyi Pirallahıda yeni neft yığım parkının tikintisinə başlayıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
Məqsəd “Abşeronneft” NQÇİ-yə məxsus köhnə neft yığım parkının yenisi ilə əvəz olunmasıdır. Parkın tikintisi üçün adanın şimal-şərq hissəsində 6,4 hektar torpaq sahəsi ayrılıb.
Məlumata görə, parkda 24 ədəd neft çəni quraşdırılacaq. Bunun 3-ü 3000, 6-sı 2000, 4-ü 1000, 5-i 700, 4-ü 400, 2-si isə 100 kubmetr maye tutumuna malik olacaq.
Yeni parkda ikimərtəbəli inzibati bina, keçid məntəqəsi, operator və alətlər otağı, yanğın əleyhinə nasosxana binası, ayrılıqda neft və lay suyu üçün nasosxana, yeraltı drenaj bloku, 4 ədəd qaz-su-qum separatoru, hava hazırlayıcı blok, 2 ədəd soba, 6/0.4 kV-luq yarımstansiya binası da inşa ediləcək.
Neft yığım parkı “Neftqaztikinti” Tresti tərəfindən tikilir.
Tikinti işlərinin başa çatma müddəti barədə məlumat verilmir.
“Abşeronneft” NQÇİ “Darvin bankası”, “Pirallahı” və “Qərbi Abşeron” yataqlarını işləyir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət