“Şimal-Cənub” layihəsi çərçivəsində ilk yük qatarının yola salınması 2016-cı ilin avqust ayında planlaşdırılır. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov cümə axşamı jurnalistlərə bildirib.
“Cari ilin avqust ayında ilk yük qatarı bərə ilə Mumbaidən Bender-Abbas limanına, sonra dəmir yolu ilə Reştə, daha sonra isə yük avtomobilləri ilə Azərbaycanın Astara şəhərinə çatdırılacaq. Yüklər dəmir yolu ilə Astaradan Moskvaya göndəriləcək”, - deyə C.Qurbanov bəyan edib.
O qeyd edib ki, yeni qatarın yola salınması ilə Azərbaycan ərazisi vasitəsilə Hindistandan RF-yə multimodal yük daşımaları üçün yeni istiqamət açılacaq. “Yeni marşrutun necə formalaşmasından asılı olaraq, yük daşımaları Hindistandan Sankt-Petrburq və ya Helsinkiyə qədər həyata keçirilə bilər”, - deyə o vurğulayıb.
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin məqsədi Rusiya, Azərbaycan, İran, Hindistan və Omanın nəqliyyat-informasiya magistrallarının inteqrasiyasıdır.
Azərbaycan, İran və Rusiya arasında 2005-ci ildə imzalanmış yol tikintisi haqqında saziş İran ərazisində 375 km uzunluğunda, Azərbaycan ərazisində isə Astara ilə Azərbaycan-İran sərhədi arasında dəmir yolu seqmentlərinin tikintisini, eləcə də Azərbaycan ərazisində mövcud olan dəmir yolunun yenidən qurulmasını nəzərdə tutur. Layihənin dəyəri $200 mln. təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət