2016-cı ilin yanvar-may ayları ərzində Azərbaycanda ÜDM 4,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, yanvar-may aylarında ÜDM-in nominal həcmi 21 mlrd. 512,8 mln. manat təşkil edib.
Bu dövrdə qeyri-neft ÜDM-in həcmi 13 mlrd. 806,4 mln. manat, azalma 7% təşkil edib.
Yanvar-may aylarında 2015-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə neft sektorunda 1% - 7 mlrd. 706,4 mln. manatadək artım qeydə alınıb.
Statistik məlumatlara əsasən, hesabat ayında ÜDM-in azalması tikinti və nəqliyyat sahələrində məhsul istehsalı və xidmətlərin müvafiq olaraq 37% və 9,5%.azalması ilə şərtlənib.
Bu dövrdə ÜDM-in strukturunda 39,8% sənaye, 12,2% nəqliyyat vasitələrinin ticarəti və təmiri, 8,6% tikinti, 6,6% nəqliyyat, 3,5% kənd, meşə və balıq təsərrüfatı, 3,2% turistlərin yerləşdirilməsi və iaşə, 2% informasiya və rabitə, 16,4% digər sahələrin payına düşüb.
ÜDM-də vergilərin payı 7,7% təşkil edib.
Yanvar-may aylarında əhali arasında adambaşına düşən ÜDM 2 min 239,4 manat təşkil edib (azalma 5,4%).
2016-cı il üçün Azərbaycan hökuməti ÜDM-in artımını 1,8% səviyyəsində proqnozlaşdırır.
2015-ci ildə Azərbaycanda ÜDM 1,1% artıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət