Rusiyanın “Qazprombank” Qrupuna daxil olan "Kriogenmaş" şirkəti “SOCAR Polymer”in sifarişi ilə azot qurğusu tədarük edəcək. Bu barədə “Qazprombank”ın məlumatında deyilir.
SOCAR və “Qazprombank”arasında əməkdaşlıq haqqında saziş cümə günü Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində imzalanıb.
«Saziş “SOCAR Polymer”in polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı üzrə zavodların tikintisi ilə bağlı reallaşdırdığı layihə çərçivəsində azot qurğusunun hazırlanmasını və tədarükünü nəzərdə tutur. Qurğu “SOCAR Polymer”in yüksək təmiz qazşəkilliazota yaranan tələbatını təmin edəcək", - deyə məlumatda qeyd edilir.
«Bu sazişin imzalanması SOCAR və “Qazprombank” arasında strateji tərəfdaşlıq və əməkdaşlıq nümunəsidir", - deyə məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevə istinadən bildirilir.
“SOCAR-Polimer” SOCAR tərəfindən təsis edilib. Nizamnamə kapitalı $100 mln. təşkil edir. 2013-cü ilin sonlarından müəssisənin səhmlərinin 51%-i SOCAR-a, 49%-i “PAŞA Holdinq”, “Gilan Holding” və “Azersun Holding”ə məxsusdur.
SOCAR və “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair saziş 2015-ci il iyunun 19-da imzalanıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət