İndiyədək “Sovetski”də 3,75 min evdən 3,5 minə qədəri sökülüb. Bu barədə baş nazirin müavini Abid Şərifov məlumat verib.
«Biz 3,75 min evin sakinlərini köçürməli idik. 3,478 min ev artıq sökülüb, onların sahiblərinə vəsait ödənilib. Sökülmüş 15 evin sakinlərinə isə hələ kompensasiya verilməyib, çünki sənədləşmə prosesi gedir və bu proses başa çatdıqdan sonra onlara da vəsait ayrılacaq”, - deyə A.Şərifov ANS telekanalına bildirib.
O deyib ki, “Sovetski”də 250 obyekt hələ sökülməyib. «Onlardan 51-i Təzə Pir məscidinin yaxınlığında, 127-si Abdulla Şaiq küçəsi və Nərimanov prospekti arasında yerləşir», - deyə baş nazirin müavini əlavə edib.
O, həmçinin bəzi tarixi obyektlərin sökülməsi barədə də məlumat verib. «23 tarixi obyektdən 11-i artıq sökülüb. Qəbul edilmiş qaydalara əsasən bu obyektlər tarixi obyektlərin siyahısından çıxarılıb. Bu, özbaşınalıq deyil, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mənə zəng edərək obyektlərdən birinin köhnə hamam olduğunu deməməyi xahiş etdi. Mən ona cavab verdim ki, əgər bu, köhnə hamamdırsa, biz onu bərpa edəcəyik, əgər deyilsə, tarixi obyektlərin siyahısından çıxaracağıq”, - deyə A.Şərifov qeyd edib.
O vurğulayıb ki, şəhərin mərkəzində böyük rayonun sökülməsi və sakinlərinin qısa müddətdə köçürülməsi zəhmət tələb edən prosesdir.
“20 minlik şəhəri köçürmək, 3 min 750 evi sökmək, həm də qısa müddətdə, asan məsələ deyil. Onlardan bəzilərində onilliklər boyu 20 nəfərlik 2-3 ailə yaşayırdı. Onların hamısını razı salmaq olmaz. Ancaq biz hamımız onların hansı şəraitdə yaşadıqlarını bilirik”, - deyə A.Şərifov söyləyib.
Onun sözlərinə görə, artıq oradan köçən insanlar heç olmasa normal hava qəbul edir və rahat şəraitdə yaşayırlar.
Baş nazirin müavini deyib ki, dövlət sahəsi kiçik olan mənzillərdə yaşayan vətəndaşları da diqqətsiz qoymayıb. Bəziləri 8-15 kvadratmetrlik sahəsi olan mənzillərdə yaşayırdı. Mən bu barədə dövlət başçısına məruzə edəndə, o, bəzi binaları xüsusi olaraq onlar üçün bərpa etməyi təklif etdi. Bu məqsədlə iki belə 9 mərtəbəli yataqxana təmir edildi. Onlardan biri Bədən Tərbiyəsi Universiteti yaxınlığında, digəri isə keçmiş Çapayev küçəsinin kəsişməsində yerləşir. Bu binalar qaz, su və işıqla təchiz olunub», - deyə A.Şərifov əlavə edib.
O, həmçinin “Sovetski”dən köçürülmə ilə əlaqədar məhkəmələrə müraciət etmiş şikayətçilərin olduğunu da deyib. «Problemlər əsasən ondan ibarətdir ki, məsələn, şəxs 50-60 il əvvəl öz evini kiməsə ya bağışlayıb, ya da satıb. O biri övladları isə “göydə qalıb”, amma onların heç biri orada yaşamır”, - deyə A.Şəriov bildirib.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət