Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) sığorta xidmətləri istehlakçılarından daha çox şikayət daxil olur. Bu barədə palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı məlumat verib.
"Maliyyə sektorunun digər sahələri ilə müqayisədə əhalini ən çox sığorta məsələləri narahat edir", - deyə R.Aslanlı bildirib.
Onun sözlərinə görə, son illərdə sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində ciddi irəliləyişə nail olunub. "Şirkətlərin nümayəndələri belə halların yoluna qoyulması üçün tənzimləyici ilə fəal əməkdaşlıq edirlər", - deyə Direktorlar Şurasının sədri qeyd edib.
O, həmçinin sığorta sahəsində hüquqi tənzimləmə, sağlam rəqabətin təmin edilməsi, dempinqlə mübarizə istiqamətində müsbət dəyişiklikləri qeyd edib.
R.Aslanlı deyib ki, 2010-2015-ci illərdə Azərbaycanın sığorta bazarında sığorta yığımları 3 dəfə, ödənişlər 2 dəfə artıb.
"2014-2015-ci illərdə müşahidə edilən iqtisadi proseslər sığorta sektoruna da təsir edib, xidmətlərə tələbat azalıb, icbari sığorta haqlarının ödənilməsi zamanı maliyyə intizamı pozulub. Bütün bunlar sığorta şirkətlərinin gəlirlərinin azalmasına gətirib çıxarıb", - deyə R.Aslanlı vurğulayıb.
Onun sözlərinə görə, sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi palatanın fəaliyyətinin əsas prioritetlərindən biridir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət