Azərbaycanın keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
Birliyinin sədri Fikrət Yusifovtəbii monopolist sahələrin özəlləşdirilməsini zəruri hesab edir.
“Prezident İlham Əliyevin Dövlət Əmlakının özəlləşdirilməsinə dair bu ilin may ayının 19-da fərman imzalayıb. Bu fərmana uyğun olaraq təbii monopolist olan başqa sahələrin də özəlləşdirilməsinə start verməyin vaxtı çatıb. Bazar iqtisadiyyatı şəraitində müəssisələrin fəaliyyətinin ən ümdə tələblərindən biri normal rəqabət mühütinin olmasıdır. Bizdə bu gün dəmir yolu xidməti, su, qaz, yanacaq satışı sahəsində isə bu rəqabət yoxdur. Həmən sahələrin özəlləşdirilməsinə başlamaq artıq zamanın tələbinə çevrilib”, - deyə çərşənbə axşamı F.Yusifovun yaydığı bəyanatda deyilir.
Onun sözlərinə görə, bir sıra təbii monopolistlərin xüsusilə ƏDV üzrə vergi güzəştləri əldə etmək cəhdləri əsassızdır. “Azərbaycan Dəmir Yolları” QSC dəmir yolunun ƏDV-dən azad olunmasını israrla tələb edir. Orada xidmətlərin ƏDV-dən azad edilməsi belə problemin axıra qədər həlli demək olmayacaq. QSC bu gün dövlətdən müxtəlif formalarda dotasiyalar almaqla yaşayır. Bu sahədəki problemin həllinin yeganə düzgün yolu, bu təşkilatı sistemli şəkildə özəlləşdirməkdən keçir. Dünyanın qabaqcıl ölkələrinin bu sahədə çox yaxşı təcrübələri var. Bu təcrübələri öyrənib “Azərbaycan Dəmir Yolları”-nin özəlləşdirilməsinə başlamaq lazımdır”, - deyə o vurğyulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət