“Azəravtoyol” ASC 2015-ci ildə uzunmüddətli bank kreditləri üzrə borcun həcmini 2,5 dəfə - 609 mln. 187,826 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
2015-ci il ərzində cəmiyyətin maliyyə hesabatına əsasən, ötən ilin əvvəlinə uzunmüddətli bank kreditləri üzrə borc 242 mln. 986,187 min manat dəyərində qiymətləndirilib. 2015-ci ildə “Azəravtoyol” 461 mln. 671,323 min manat məbləğində uzunmüddətli kredit cəlb edib. Həmçinin, Maliyyə Nazirliyinin zəmanəti ilə 10 il müddətinə və illik 1% dərəcə ilə 249 mln. 70,658 min manat məbləğində kredit cəlb olunub. Hesabat ilində cəmiyyət bank kreditləri üzrə ödənişlərə 95 mln. 469,684 min manat vəsait yönəldib.
Nəticədə, 1 yanvar 2016-cı ilə uzunmüddətli bank kreditləri üzrə borc 609 mln. 187,826 min manata çatıb.
Hesabata əsasən, 2015-ci ildə “Azəravtoyol” bank kreditləri üzrə qısamüddətli borcun həcmini 16 mln. 256,358 min manatdan 4 mln. 976,108 min manatadək azaldıb.
Bununla belə, 2015-ci il ərzində cəmiyyətin debitor borcunun həcmi 84,8% - 87 mln. 345,857 min manatadək artıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət