Hindistan şirkətləri Azərbaycanda neft-qaz kəşfiyyatı sahəsində iştiraklarını genişləndirməyə yönəliblər. Bu barədə Hindistanın Azərbaycandakı səfiri Sancay Rana “Caspian Energy” jurnalının nümayəndə heyəti ilə görüşdə bəyan edib.
“Milli neft şirkətlərimiz neft-qaz kəşfiyyatı sahəsində iştiraklarının artımına yönəliblər və Azərbaycanın neft və neft-kimya sektoruna investisiya yatırımları imkanlarından məmnun qalacaqlar. “ONGC Videsh” “Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun işlənməsində “Hess” korporasiyasından səhmlərinin alışına və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə artıq $1 mlrd.-a yaxın vəsait yatırıb”, - deyə diplomat jurnala müsahibəsində bildirib.
Onun sözlrinə görə, Hindistanın investisiya imkanları hasilat (upstream) sahəsində, qaz kəməri, şəhər qaz xəttlərinin, maye təbii qaz terminalların, neft-kimya və emal komplekslərinin tikintisində geniş təqdim olunub.
“ВР, Cairn Energy, Shell, BG Group kimi bir sıra beynəlxalq şirkətlər Hindistana sərmayə yatırıblar. Həmçinin, azərbaycanlı investorlar investisiya yatırıb ölkənin neft-qaz yataqlarını mənimsəyə bilərlər. Azərbaycan şirkətlərinin bu sahələrdə imkanları və ixtisaslaşmasını nəzərə alaraq, biz onların ölkəmizin neft-qaz sektorunda fəal fəaliyyət aparmasını istərdik”, - deyə S.Rana vurğulayıb.
Diplomat əlavə edib ki. Hindistan dünyada ən iri neft məhsulları istehlakçısı, iri neft emalı mərkəzi və Asiyada ikinci emal ölkəsidir.
Onun sözlərinə görə, həmçinin Hindistanda iri təbii qaz və şist qazı ehtiyatları var. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət