SOCAR şirkətinə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) məxsus olan “Qara dəniz Kulevi” Neft Terminalı MMC 5 saylı çən parkının tikintisini başa çatdırır.
“Layihədə 60 min kubmetr ümumi həcmdə 6 çənin, həmçinin 26 dəmir yolu sisternin birdəfəlik boşaldırlması və yüklənməsi məqsədilə ikitərəfli dəmir yolu estakadasının tikintisi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
Çənlər ixrac üçün nəzərdə tutulan, həmçinin Xəzər dənizi regionundan idxal olunan müxtəlif neft məhsullarının (benzin, nafta, karbohidrogen kondensatı, dizel yanacağı və aviasiya yanacağı) qəbulu, saxlanması və yüklənməsi üçün istifadə olunacaq.
Neft terminalında neft və neft məhsullarının dövriyyəsi illik 1,5 mln. ton dəyərində qiymətləndirilir. Terminalın xam neft, mazut və qazoylun saxlanması üçün istifadə edilən neft bazası ümumi tutumu 320 min kubmetr təşkil edən 16 çəndən ibarətdir.
Öncə MMC-nin rəhbəri Kərim Quliyevə istinadən məlumat verilib ki, terminalın neft bazası daha 82 min kubmetr həcmində genişləndirilib. SOCAR bu məqsələrə $15 mln. xərcləyəcək.
SOCAR 2007-ci ilin yanvar ayında Kulevidə neft terminalı alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət