Onun sözlərinə görə, Azərbaycan ASK-nın yüksək ixrac potensialına malik olan və ölkəyə valyuta axınını təmin edə bilən istiqamətlərini inkişaf etdirməlidir. "Məsələn, 2015-ci ildə fındığın ixracından Azərbaycana 90 milyon dollar vəsait gəlib. Fındıq istehsalında Azərbaycan dünya miqyasında 3-cü-4-cü yerdədir. Bizim məhsulumuza çox böyük tələbat var. Ona görə, bütün rayonlar üzrə araşdırmalar aparılmalıdır, harada münbit iqlim şəraiti var, dövlət burada çox ciddi dəstəyini göstərməlidir ki, fındıqçılıq sürətlə inkişaf etsin", - deyə prezident qeyd edib.
Azərbaycan 2016-2017-ci illərdə texnikanın alınmasına $360 mln. yönəldəcək. Bu barədə prezident İlham Əliyev bəyan edib.
"Texnikanın alınmasına iki il ərzində $360 mln., bu il isə $170 mln. vəsait xərclənəcək. Maliyyə Nazirliyinə bununla bağlı göstəriş vermişəm”, - deyə dövlət başçısı iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
O deyib ki, ölkənin bütün bölgələrində aqroparklar yaradılmalıdır.
İ.Əliyev həmçinin ASK məhsullarının daxili istehsalının qorunması məqsədilə gömrük rüsumlarının tətbiqinin zəruriliyini qeyd edib. "Biz ixracı artırmalı, idxalı isə azaltmalıyıq", - deyə o əlavə edib.
"Biz elə etməliyik ki, Azərbaycan dünyada müasir kənd təsərrüfatı məhsullarının ixracını təşkil edən bir ölkə kimi tanınsın", - deyə dövlət başçısı vurğulayıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət