Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda elektrik enerjisinin paylanmasının inkişafına dair təklif olunan İnvestisiya Proqramı üzrə $750 mln. məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu barədə bankdan məlumat verilib.AİB Azərbaycanda elektik paylayıcı şəbəkənin yaxşılaşdırılmasına $750 mln. məbləğində kreditin ayrılmasını təsdiqləyib
“Ayrılan vəsait hesabına görülən işlər nəticəsində 1,4 mln.-dan çox istehlakçı elektrik enerjisi ilə təchiz olunacaq”, - deyə məlumatda qeyd edilir.
Məlumatda vurğulanır ki, hazırda ölkədə daxili tələbatın ödənilməsi məqsədilə kifayət qədər elektik enerjisi istehsal olunur. Lakin onun Bakıdan kənara paylanması zamanı paylayıcı şəbəkənin avadanlığını köhnəlməsi Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərə səbəb olur.
Bundan başqa, paytaxtdan kıənarda elektrik enerjisi itkilərinə yol verilir. AİB-nin bu proqramı Azərbaycanın digər iri şəhərlərində və ucqar rayonlarında elektrik enerjisi təminatındakı problemlərin həllinə və ev təsərrüfatlarının gün boyu elektrik enerjisi ilə təchizatına gətirib çıxaracaq”, - deyə məlumatda bildirilib.
2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması üzrə $1 mlrd. məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb.
Memoranduma əsasən, AİB $750 mln. məbləğində çoxtranşlı kredit, Azərbaycan hökuməti isə $250 mln. vəsait ayıracaq. AİB-in kredit vəsaitləri hər biri $250 mln. olmaqla 3 tranş vasitəsilə həyata keçiriləcək.
Bankın qiymətləndirmələrinə görə, Azərbaycanın energetika sektoru qarşısında duran əsas vəzifələr energetika müəssisələrinin istismar və maliyyə effektivliyinin artırılması, bütün ölkədə bu xidmətlərin yüksək səviyyəsini bərpa etmək və dəstəkləməkdən ibarətdir.
Elektrik ötürücü xətlərin əksəriyyəti Sovet İttifaqı dövründə quraşdırılıb və 30 ildən çox istismar olunub. Hazırda distribütor şəbəkəsinin yenidən qurulması və genişləndirilməsi sektora gələcək investisiyaları qoyuluşları üçün prioritet kimi nəzərdə tutulur.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. AİB əməkdaşlıq dövrü ərzində 1 yanvar 2016-cı ilə olan vəziyyətə Azərbaycanda 59 layihənin həyata keçirilməsi üçün $2 mlrd. 321,62 mln. ümumi məbləğdə kredit ayırıb. Bundan başqa, bank texniki yardımın göstərilməsi üzrə 32 layihənin reallaşdırılmasına $22 mln. ayırıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət