OCARŞİRKƏT SEÇİMSOCAR neft emalı və neft-kimya sahəsində tikinti-quraşdırma işləri üzrə bazar araşdırması üçün şirkət seçir
SOCAR neft emalı və neft-kimya sahəsində tikinti-quraşdırma işləri üzrə bazar araşdırması üçün şirkət seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
«Mühərrik yanacaqları üzrə istehsal gücünün artırılması və artan daxili tələbatın təmin edilməsi məqsədilə SOCAR öz mövcud istehsal obyektlərininin yenidənqurmasını həyata keçirmək niyyətindədir. Aparılmış tədbirlərin nəticəsində istehsal olunacaq mühərrik yanacaqlarının keyfiyyət göstəriciləri ən müasir ekoloji standartlara uyğun olacaq», - deyə məlumatda bildirilir.
Yenidənqurma işlərinin əksəriyyətinin Layihələndirmə, Satınalma, Tikinti (EPC/EPCm) podratçısının cəlb olunması ilə həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar tikinti-quraşdırma işlərini həyata keçirəcək podratçılar (C-podratçısı) məhz bu EPC podratçılar tərəfindən və ya SOCAR (EPCm halında) tərəfindən seçiləcək.
SOCAR tikinti-quraşdırma işləri üzrə potensial podratçıların siyahısının müəyyənləşdirilməsi üçün bazar araşdırmasının keçirilməsi məqsədi ilə “Practical Solutions Group” MMC şirkətini cəlb edib və bazar araşdırmasına yalnız tikinti-quraşdırma işləri üzrə bacarıq və təcrübəyə malik olan şirkətlər dəvət edilir.
Bazar araşdırması prosesində 10 il ərzində neft-qaz emalı və neft-kimya sənayesi üzrə müqavilə dəyəri ən azı 30 milyon ABŞ dolları olan tikinti-quraşdırma işlərini yerinə yetirmiş, yerli maddi-texniki bazaya və resurslara malik olanyerli və ya Azərbaycanda fəaliyyət göstərmiş xarici şirkətlər iştirak edə bilər.
Şirkətlərdən ərizələr iyulun 18-dək qəbul edilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət