İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə əlavə analitik səlahiyyətlər verilib. Bu barədə Mərkəzdən məlumat verilib.
“Çərşənbə günü prezident İlham Əliyev “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Həmin fərman çərçivəsində Mərkəzə əlavə analitik səlahiyyətlər verilir”, - deyə məlumatda deyilir.
Dəyişikliklərə əsasən, Mərkəz dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini aparmaq, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirmək hüququna malikdir.
Bundan başqa, Mərkəz dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini apara bilər. Dövlət qurumlarının sifarişi əsasında Mərkəz icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirmək hüququna malikdir.
Həmçinin Mərkəz iqtisadi islahatlara dair təkliflərin hazırlanması və həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirmək və istehlakçı məmnunluq reytinqlərini nəşr etmək hüququna malik olub.
“Mərkəzə əlavə səlahiyyətlərin verilməsi zamanı Böyük Britaniya, Malyziya və digər ölkələrin analoji strukturlarının uğurlu islahatlar təcrübəsi nəzərə alınıb”, - deyə məlumatda vurğulanır.
Prezidentin fərmanına əsasən, Nazirlər Kabinetinə üç ay müddətində iqtisadi təşviq layihələrinin monitorinq və qiymətləndirilməsinin aparılması qaydasını, dövlət proqramlarının tərtibi, icrası, monitorinq və qiymətləndirilməsi qaydalarını, dövlət qurumları tərəfindən müvafiq sifarişlərin Mərkəzə verilməsi və maliyyələşdirilməsi qaydalarınının layihəsini hazırlayaraq prezidentə təqdim etmək tapşırılıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət