2016-cı ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 137,7 mln. manat və ya ÜDM-in 0,6%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.Yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti ÜDM-in 0,6%-ni təşkil edib
Cari ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 5 mlrd. 453,8 mln. manat (azalma 15,1%), xərcləri 5 mlrd. 316,1 mln. manat (azalma 27,5%) təşkil edib.
Gəlirlərin strukturunda ƏDV üzrə daxilolmalar 1 mlrd. 269,3 mln. manat (artım 1,1%), mənfəət vergisi üzrə daxilolmalar 816,5 mln. manat (azalma 11,7%), gəlir vergisi üzrə daxilolmalar 496,1 mln. manat (artım 15,8%), sadələşdirilmiş vergi üzrə daxilolmalar 115,8 mln. manat (artım 49,8%), aksizlər üzrə daxilolmalar 253,8 mln. manat (azalma 2%) təşkil edib. Qalan gəlirlər digər mənbələrin payına düşüb.
ƏDV üzrə daxilolmalar büdcə gəlirlərinin 23,3%-ni, mənfəət vergisi üzrə daxilolmalar 15%-ni, gəlir vergisi üzrə daxilolmalar 9,1%-ni təmin edib.
Xərclərin strukturunda 898,7 mln. manat (artım 10%) sosial müdafiə və sosial təminat sahəsinə, 966,5 mln. manat (artım 62,5%) ümumdövlət xərclərinə, 596,2 mln. manat (artım 13,6%) təhsil, 192,4 mln. manat (azalma 15,7%) səhiyyə sahələrinə, 777,4 mln. manat (azalma 4,7 dəfə) iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilib, qalan məbləğ isə digər maddələrin payına düşüb.
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 822 mln. manat, xərcləri 18 mlrd. 495 mln. manat, büdcə kəsiri 1 mlrd. 673 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət