“Azersu” Səhmdar Cəmiyyəti Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sisteminin bərpası üzrə əlavə layihə işlərinin icrası üçün podratçı seçir. Bu barədə cəmiyyətdən məlumat verilib.
Tender “Azərsu”nun Asiya İnkişaf Bankı ilə birgə reallaşdırdığı “Su təchizatı və kanalizasiya sistemi üzrə investisiya proqramı - Layihə №2” çərçivəsində keçirilir.
Tenderə dair işlərinm həcmçinə artezian quyularının qazılması üzrə işçi layihələrinin hazırlanması, Dəhnə su bölüşdürücü kompleksdə quyulararası suaşıranların quraşdırılması, su anbarı və Dəhnə su bölüşdürücü kompleks ilə Ağdaş şəhəri arasında maqistral su kəmərinin tikintisi daxildir.
Həmçinin tenderə müvafiq mühəndis-axtarış işlərinin aparılması, zəruri lisenziyalar və ekspert rəylərinin əldə olunması daxildir.
Tenderdə iştirakın dəyəri 300 manatdır.
Tender təklifləri sentyabrın 8-dək qəbul olunur. Tender proseduru sentyabrın 9-da keçiriləcək.
Xəbər verildiyi kimi, 2012-ci ilin iyun ayında Azərbaycan hökuməti və AİB arasında su təchizatı layihəsi üzrə $300 mln. məbləğində ikinci tranşın ayrılmasına dair kredit sazişi imzalanıb. İnvestisiya proqramı Ağdaş, Göyçay, Ağcabədi, Balakən, Beyləqan, Göyçay və Naxçıvanda 500 min nəfərin fasiləsiz yüksək keyfiyyətli su və kanalizasiya siotemi ilə təchiz olunmasına yardım edəcək.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1 yanvar 2016-cı ilə olan vəziyyətə görə, əməkdaşlıq dövrü ərzində AİB ölkədə 59 layihənin həyata keçirilməsi üçün ümumilikdə $2 mlrd. 321,62 mln. məbləğində kredit ayırıb. Bundan başqa, bank texniki yardım üzrə 32 layihənin həyata keçirilməsinə $22 mln. məbləğində kredit təqdim edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət