Azərbaycanda “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qüvvəyə minib. Prezident İlham Əliyevin imzaladığı qanunun mətni bu gün rəsmi mətbuatda dərc edilib.
Bu Qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Qanun həmçinin kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarının müəyyən edilməsinə yönəlib.
Qanunun 6-cı maddəsinə əsasən istehsal kooperativlərində muzdla işləyən işçilərin əməyindən istifadə oluna bilər. Bu işçilərin sayı (mövsümi işlərə cəlb olunanlar istisna olmaqla) kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehsal kooperativində görülən işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir.
Qanunun 7-ci maddəsinə əsasən istehlak kooperativləri kənd təsərrüfatı məhsullarının emalı, tədarükü və satışı, üzvlərə kredit verilməsi kimi xidmətlər göstərə bilərlər.
“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun 18 maddədən ibarətdir.*
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət