Yarımillik ərzində Azərbaycanda hər bir korporativ kompüter orta hesabla 5 zərərli proqram təminatının hücumuna məruz qalır. Bu barədə “Kaspeski Laboratoriyası” qeyd edib.
“Bu məlumatlar 2016-cı ilin birinci yarısı ərzində biznes istifadəçilər üçün təhlükələrə dair daxili statistikaya əsasən əldə edib. Bununla belə, ötən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 2 dəfə az olub”, - deyə şirkətin məlumatında deyilir.
Araşdırmalara əsasən, dünyada şirkətlərin 48%-i kiberhücum nəticəsində biznes üçün vacib məlumata çıxışı itirib.
“Lakin bu gün cinayətkarlar tərəfindən hətta zərərli proqram təminatından istifadə olunmadan həyata keçirdikləri məqsədli hücumlar biznes üçün daha böyük təhlükədir. Klassik kiberhücumlardan konkret şirkət üçün hazırlanmaları və ənənəvi müdafiə vasitələrini maksimum gizlicə keçmələri ilə fərqlənirlər. Bununla yanaşı, hakerlərin hədəfi əsasən müəssisələrin ən vacib və məxfi materiallarıdır”, - deyə şirkətdən qeyd ediblər.
Aparılan sorğunun nəticələrinə görə, şirkətlərin 32%-i hesab edirlər ki, onların İT-infrastrukturuna kiberhücum olub. Energetika, tikinti, sənaye, telekommunikasiya, nəqliyyat sahəsində çalışan şirkətlərin ən azı 35%-nin kiberhücumlara məruz qalması faktı ekspertlərin xüsusi narahatlığına səbəb olur. Bu cür obyektlərə kiberhücumlar nəinki müəssisələrin özlərinə ziyan vurur, həm də regional və ya federal infrastrukturun normal fəaliyyətini risk altına qoyur.
“İstənilən kiberhücum biznes üçün mənfi nəticələrə səbəb olur. Bu həm etibarın, mühüm məlumatların itirilməsi, həm biznes proseslərində fasilələrin yaranması, həm də istehsalın işsiz dayanmasıdır. Məqsədli hücumlar zamanı isə şirkətlər sənaye kibercasusluğun qurbanı ola bilərlər və beləliklə ən dəyərli aktivlərini itirmək təhlükəsi ilə üzləşirlər - intellektual mülkiyyət, ən yeni işləmələr, müqavilələr barədə məlumatlar. Bundan başqa, sənaye obyektlərinə bu cür kiberhücumların avadanlığın sıradan çıxmasına gətirilməsi faktları bizə məlumdur. Və ya regionun normal fəaliyyəti pozulur, misal üçün, şəhərin enerji təchizatında fasilələrə səbəb olub”, - deyə “Kasperski Laboratoriyası”nın ativirus üzrə baş eksperti Aleksandr Qostev vurğulayıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət