SOCAR Türkiyədə layihələr həyata keçirməkdə və investisiya qoymaqda davam edəcək. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev “Anadolu” agentliyinə müsahibəsində bildirib.
“SOCAR Türkiyədə həyata keçirdiyi ümumi məbləği 18 mlrd. dollardan artıq olan və aralarında Avropanın enerji ehtiyacını qarşılayacaq investisiyaların da olduğu layihələri tam gücü ilə davam etdirəcək. SOCAR-ın Türkiyədə birbaşa və dolayı olaraq 40 min əməkdaşı fəaliyyət göstərir”, - deyə R.Abdullayev vurğulayıb.
O xatırladıb ki, yaxın gələcəkdə Türkiyədə Egey dənizi bölgəsinin ən böyük konteyner limanı, 2018-ci ildə isə “Star” NEZ istismara veriləcək.
““Petkim”dəki fəaliyyətimiz Türkiyəyə və iqtisadiyyatına olan etibarımızın simvoludur. Türkiyə bizim evimizdir, bu günə qədər olduğu kimi bundan sonra da Türkiyədəki investisiyalarımızı davam etdirəcəyik”, - deyə SOCAR prezidenti qeyd edib.
Türkiyədə baş verən hərbi çevriliş cəhdlərinin müasir cəmiyyətlərdə qəbuledilməz olduğunu deyən R.Abdullayev bu cür cəhdlərin sadəcə demokratiyaya və hüquqi dövlətə deyil, həm də iqtisadi inkişafa böyük zərbə vurduğunu diqqətə çatdırıb.
"Türkiyədə çevriliş cəhdi nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar təəssüf hissi keçirdiyini qeyd edən SOCAR prezidenti bəyan edib: “Türkiyə hökumətinə, xalqın iradəsinə, ölkənin iqtisadiyyatına, sabitliyinə etibarımız həmişə olduğu kimi tamdır”*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət