Təkrar emal olunmuş plastik materialların istehsalı ilə məşğul olan “MET-AK” MMC Balaxanı Sənaye Parkının beşinci rezidenti oldu.
“İyul ayında “MET-AK” MMC Balaxanı Sənaye Parkının rezidenti stasusu əldə edib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Parkın ərazisində layihəyə şirkətin investisiyaları 16,5 mln. manat təşkil edəcək. Bu layihələrin reallaşdırılması 130-dan çox daimi iş yerinin yaradılmasına imkan verəcək”, - deyə nazirlikdən qeyd ediblər.
Nazirliyin qiymətləndirmələrinə görə, ümumilikdə Balaxanı Sənaye Parkının qeydiyyata alınmış 5 rezidenti tərəfindən 23 mln. manat investisiyanın yatırılması nəzərdə tutulur və layihələrin reallaşdırılması 200-dən çox daimi iş yerinin açılması imkanı yaradır.
“Artıq bir sıra şirkətlər Parkın rezidenti olmaq barədə müraciət ediblər və hazırda bu müraciətlərə baxılır”, - deyə məlumatda deyilir.
Nazirlikdən vurğulayıblar ki, hazırda 14 anqar modul tipli istehsalat sexinin inşası həyata keçirilir və tikinti işlərinin 2017-ci ilin mart ayınadək tamamlanması gözlənilir.
Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir. “Ernst&Young” şirkəti 7 hektar ərazidə yerləşəcək parkın texniki-iqtisadi əsaslandırılmasına dair sənəd hazırlayıb.
Parkın 4 rezidenti qeydiyyatdan keçib. Bunlar “Ekokat” MMC (investisiyalar - 3,7 mln. manat ), “Az.Ekol” MMC (1,3 mln. manat) və “Ecokat” MMC-dir (0,9 mln. manat) və “Capar Poliqraf” (0,7 mln. manat). **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət