Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) iyulun 22-də lisenziyaları geri çağırılmış “Zaminbank”, “Dekabank”, “Kredobank” və “Parabank”ın ləğvedicisi təyin edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
"1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə ADIF iyulun 25-dən “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın ləğvedicisi kimi fəaliyyətə başlayıb", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən iyulun 22-dən etibarən “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyaları ləğv edilib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.
“Zaminbank” 1992-ci ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biri olub.
“Kredobank” 1994-cü ilin fevralında yaradılıb. Bankın səhmdarları 14 hüquqi və fiziki şəxsdir.
“Parabank" 1991-ci ildə yaradılıb.
“Dekabank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 15 aparıcı bankından biridir. Səhmdarları fiziki şəxslərdir.
ADIF 2006-cı il dekabrın 29-da qəbul olunmuş “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsinə dair” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı çərçivəsində yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət