SOCAR (ARDNŞ) 2016-cı ilin yanvar-iyul aylarında dünya bazarlarına 692,694 min ton neft emalı və neft-kimya məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə SOCAR 415 min 978 ton dizel yanacağı, 8 min 655 ton mütləqləşdirilmiş izopropil spirti, 35 min 215 ton maye piroliz qətranı, 28 min 171 ton propilen və 13 min 271 ton butilen butadien fraksiyası, 2 min 5 ton soba mazutu, 0,06 min ton mütləqləşdirilmiş dizopropil spirti ixrac edib.
2016-cı ilin iyul ayında şirkət dünya bazarlarına 48,532 min ton neft emalı və neft -kimya məhsulları ixrac edib. O cümlədən, 26 min 754 ton dizel yanacağı, 4 min 801 ton təyyarə yanacağı, 8 min 904 ton yüksək təzyiqli polietilen, 1 min 270 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 618 ton propilen və 3 min 185 ton butilen butadien fraksiyası ixrac edilib.
SOCAR-ın məlumatına görə, iyul ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 440,30 ABŞ dolları, təyyarə yanacağının - 419,26 dollar, dizel yanacağının - 389,43 dollar, 1% kükürdlü mazutun qiyməti - 243,33 dollar, yüksək təzyiqli polietilenin - 1160 dollar, butilen butadien fraksiyasının - 440,57 dollar, maye piroliz qətranının - 440,30 dollar, propilenin qiyməti - 670 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 920 avro təşkil edib.
2015-ci ildə şirkət 1 mln. 226,212 min ton neft məhsulları ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda yalnız bir - Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət