“Sağlamlaşdırma proqramı bankın likvidliyinin artırılması, kapital, aktivlərinin keyfiyyətinin və uzunmüddətli dayanıqlığının təmin edilməsi ilə yanaşı həmçinin əhalinin bankda olan əmanətlərinin mərhələli şəkildə tam həcmdə qaytarılmasını nəzərdə tutur”, - deyə məlumatda qeyd edilir.
Sağlamlaşdırma proqramının birinci mərhələsi çərçivəsində fiziki şəxslərin “Bank Standard”-dakı 30 min manatadək (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanətləri üzrə vəsaitlər limitsiz şəkildə ödəniləcək.
Birinci mərhələ çərçivəsində müştərilərin “Bank Standard”-dakı 30 min manatxdan artıq (və ya onun xarici valyutada ekvivalentində) cari/kart hesabları və 2016-cı ildə vaxtı bitən əmanət qalıqları üzrə vəsaitlərin ödənilməsi ilə bağlı bir neçə təklif nəzərdə tutulur. Hazırlanmış təkliflərlə bağlı müştərilərə əlavə məlumat veriləcək.
“Müddəti 2016-ci ildən sonra başa çatan əmanətlər üzrə tədbirlər planı sağlamlaşdırma proqramının 2017-ci ildə həyata keçiriləcək ikinci mərhələsi çərçivəsində hazırlanacaq və bu ilin sonunadək təqdim olunacaq”, - deyə məlumatda vurğulanır.
Sağlamlaşdırma proqramı çərçivəsində həm ölkə daxilində, həm də ölkə xaricində “Bank Standard” KB-nin plastik kartlarının fəaliyyəti bərpa edilir.
Bundan başqa, avqustun 4-dən hüquqi şəxslərin “Bank Standard”-dakı cari hesabları üzrə əməliyyatlar məhdudiyyətsiz aparıla bilər.
Məlumatda həmçinin qeyd edilir ki, çərşənbə günü “Bank Standard” KB-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında QSC-nin Müşahidə Şurası və Audit Komitəsinin tərkibi yenidən formalaşdırılıb, İdarə Heyətinin tərkibində dəyişikliklər edilib.
Bankın Müşahidə Şurasının sədri Rumiyə Məmmədova, üzvləri Xəyyam Əliyev və Elşad Şirinbəyov, Audit Komitəsinin sədri Zamiq Məmmədov, üzvləri Raman Abışov və Paşa Əhmədzadə təyin olunublar.
Xalid Əhədov “Bank Standard”-ın İdarə Heyətinin sədri və Mustafa Rəşidov isə İdarə Heyətinin üzvü vəzifələrinə təyin ediliblər.
“Bank Standard” Azərbaycanda aparıcı bankların beşliyinə daxildir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət