Cümə axşamı Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və daha 219 dərman vasitənin qiyməti təsdiqlənib. Bu barədə Şuradan məlumat verilib.
“Ümumilikdə, bu günə qeydiyyatda olan 9 min 850 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bunlardan 7 min 347 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır, digər 2 min 503 dərman vasitəsinin yeni qiymətləri isə bu ilin sentyabr ayının 1-dən qüvvəyə minəcək”, - deyə məlumatda deyilir.
“İdxal dəyəri ilə ifadədə 44% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 25%-nin qiyməti 3 dəfədən çox endirilib”, - deyə məlumatda vurulanır. Ümumilikdə, cümə axşamı 90%-dən çoxunun qiyməti endirilib.
Xəbər verildiyi kimi, sentyabrın 15-dən Azərbaycanda dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinə başlanılıb. Azərbaycanda qiymətlərin dövlət tərəfindən tənzimlənməsi ümumilikdə 4,5 mindən artıq adda dərman vasitəsini (20 mindən artıq dərman vasitəsi) əhatə edəcək. Tənzimləməyə, ilk növbədə həyati vacib və daha çox tələbat olan dərmanlardan başlanılmaqla, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulur. İqtisadiyyat və Sənaye Nazirliyinin qiymətləndirmələrinə əsasən, dövlət tərəfindən tənzimlənmə dərmanların qiymətlərinin əhəmiyyətli dərəcədə ucuzlaşmasına imkan verəcək.
2015-ci ilin iyun ayında Azərbaycan hökuməti“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nı təsdiq edib. **
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət