2016-cı ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 7 mlrd. 959,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 29,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-iyul aylarında kapital qoyuluşlarının ümumi həcmindən 6 mlrd. 460,4 mln. manat (bütün investisiyaların 81,1%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd 175,9 mln. manat (bütün investisiyaların 14,8%-i) xidmət obyektlərinin, 323,4 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 4,1%-i) yönəldilib.
Hesabat dövrü ərzində 4 mlrd. 923,1 mln. manat (bütün investisiyaların 61,8%-i) xarici investisiyaların, 3 mlrd. 36,3 mln. manat (bütün investisiyaların 38,2%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-iyul aylarında əsas kapitala dövlət investisiyalarının həcmi 2 mlrd. 204,8 mln. manat (bütün investisiyaların 27,7%-i), özəl investisiyaların həcmi 5 mlrd. 754,8 mln. manat (bütün investisiyaların 72,3%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 5 mlrd. 643,4 mln. manat və ya bütün kapital qoyuluşlarının 70,9%-ni təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət