“Dekabank” ASC, “Parabank” ASC, “Zaminbank” ASC və “Kredobank” ASC-nin qorunan əmanətçiləri 42,2 mln. manat məbləğində kompensasiya alıblar. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ADİF) məlumatında deyilir.
“1 avqust 2016-cı il tarixindən etibarən Əmanətlərin Sığortalanması Fondu 22 iyul tarixində lisenziyaları ləğv olunan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. Nəticədə, avqustun 15-nə qeyd olunan bankların əmanətçiləri 42,2 mln. manatdan artıq ümumi məbləğdə kompensasiya alıblar”, - deyə məlumatda vurğulanır.
Məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 16,6 mln. manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 19,2 mln. manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 4,3 mln. manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2,1 mln. manatdan artıq kompensasiya ödənilib.
Xəbər verildiyi kimi, əhalinin qeyd olunan banklardakı əmanətləri 110,714 mln. manat məbləğində qiymətləndirilir.
“Zaminbank”ın əmanətçilərinə ödəniləcək kompensasiyanın ümumi məbləği 36,35 mln. manatdır. Bankın qorunan əmanətçilərinin ümumi sayı 10,742 min nəfər təşkil edir.
“Kredobank”da 4,542 min nəfərə 27 mln. 768 min manat, “Parabank»da 18,97 min nəfərə 46,788 mln. manat, “Dekabank”da 133 nəfərə 2,807 mln. manat kompensasiya ödəniləcək.
Maliyyə Bazarlarına Nəzarət PalatasınınDirektorlar Şurasının qərarına əsasən 22 iyul tarixindən etibarən “Dekabank”, “Parabank”, “Zaminbank” və “Kredobank”ın bank lisenziyaları ləğv edilib. Bu qərar həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi göstərişləri yerinə yetirmədiklərinə görə qəbul edilib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət