“Zərdabi Mətbuat Mərkəzi” İB jurnalist peşəsinə gənclərin cəlb olunması məqsədilə layihə reallaşdırıb.
“Azərbaycan gənclərində KİV-də fəaliyyətə marağın oyanmasını istərdik”, - deyə İB-nin sədri Rəhim Hüseynzadə Mətbuat Şurasında “Jurnalistikanın dəyərləri və demokratik cəmiyyət quruculuğu” mövzusunda keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində Gəncə Aqrar Universiteti, həmçinin Mingəçevir və Lənkəran Dövlət Universitetlərində tələbələrlə görüşlər keçirilib.
“KİV-də vəziyyətin təhlili bu sahədə çox sayda təsadüfi, qeyri-peşəkar jurnalistlərin çalışdığını, o cümlədən reketlik ilə məşğul olmaq üçün mətbuata gələnlərin olduğunu göstərir. Buna görə, tələbələrlə görüşlərdə jurnalist peşəsinin dəyərləri, məqalələrin nəşri zamanı etik normaların qorunması zərurəti barədə söz açmışıq”, - deyə R.Hüseynzadə qeyd edib.
O bildirib ki, Azərbaycanda jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanı məhz bu məqsədlərə xidmət edir.
“Bu il jurnalistika fakultəsinə 158 abituriyentin qəbul olunması sevindirici faktdır. Ötən il onların sayı 50-dən bir qədər çox olub. Əfsuslar olsun ki, KİV-də qeyri-peşəkar əməkdaşların olması gəncləri qorxudur. Onlar digər peşələri seçməyi üstün tuturlar”, - deyə “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb.
O, yoxlanılmayan məlumatın yayılması üçün istifadə olunan bəzi müvəqqəti informasiya domenlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edib.
“Naməlum şəxslərin istifadə etdiyi domenlərə qarşı mübarizəni gücləndirmək lazımdır. Bir qayda olaraq, bu cür saytlar cəbhə zonasında vəziyyət gərginləşən dövrdə yaradılır və bir neçə gündən sonra onların fəaliyyətləri dayandırılır. Onlardan yoxlanılmamış informasiyanın yayılması üçün istifadə edirlər. Bu cür saytlar barəsində “Kütləvi informasiya vasitələri haqqında” qanunun müddəalarını tətbiq etmək lazımdır”, - deyə V.Rəhimzadə vurğulayıb.
“Hər bir KİV orqanında mütləq peşəkar jurnalistlər çalışmalıdır. Bu mənada Almaniyada tətbiq olunan təcrübədən yararlanmaq olar. Orada hətta qeyri-peşəkar jurnalistlər də sıravi müxbir ola bilərlər. Lakin KİV orqanlarında şöbə müdirləri və redaktorlar mütləq peşəkar olmalıdırlar”, - deyə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət