Əmlak Məsələləri Dövlət Komitəsi tikinti sahəsində 6 və aqrar sektorda 3 dövlət müəssisəsinin özəlləşdirilməsinin təminatı üzrə təkliflər hazırlanmasına dair məsləhətçi seçir. Bu barədə Komitənin elanında deyilir.
Seçim açıq tender üsulu ilə həyata keçirilir.
Məsləhətçi “Sumqayıt Tikinti Xidmət” ASC, “Gəncə Mənzil Tikinti” ASC, “Azərenerjitikintiquraşdırma” ASC, “Azərnəqliyyatyoltikinti” ASC, “Ceyranbatan Dəmir Beton” ASC, “Muğansutikinti” ASC, “Cəlilabad-Şərab” ASC, “Cəlilabad-Şərab-9” ASC və “Oğuz-Şərab” ASC-nin özəlləşdirilməsi üzrə təkliflərin hazırlanması məqsədilə cəlb olunur.
Məsləhətçinin vəzifələrinə dövlətə məxsus müəssisələrin səhmlərinin özəlləşdirilməsi üzrə təkliflərin hazırlanması; müəssisələrin cari maliyyə-iqtisadi fəaliyyətinin təhlili; müəssisələrin investisiya tələbatlarının qiymətləndirilməsi və öyrəbilməsi; potensial investorlar üçün ayrılıqda hər bir müəssisə haqqında informasiya memorandumlarının hazırlanması daxildir.
Bundan başqa, məsləhətçi müəssisənin özəlləşdirilməsi üçün yerli və xarici investorların cəlb olunması məqsədilə potensial investorların siyahısını; müsabiqənin yekunları üzrə imzalanacaq müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi üçün sənədlərin paketinin layihəsini hazırlamalıdır.
Tenderdə iştirakın dəyəri 500 manat təşkil edir.
Tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini oktyabrın 3-dək təqdim etməlidir. Tender proseduru oktyabrın 7-də keçiriləcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət