“Azərişıq” ASC elektrik ötürücü xətləri və kabellərin layihələndirilməsi və tikintisi üzrə podratçı seçir. Bu barədə ASC-dan məlumat verilir.
Seçim iki lot üzrə açıq tender üsulu ilə aparılır: ümumi uzunluğu 201,18 km 10 kV xəttlər və ümumi uzunluğu 511,88 km təşkil edən 0,4 kV OİN xətlərin layihələndirilməsi, təchizatı və quraşdırılması.
Tikinti müddəti 365 gündür.
Tenderdə iştirak haqqı 650 manatdır.
İşlər “Elektrik paylayıcı şəbəkənin genişləndirilməsi” investisiya proqramı çərçivəsində həyata keçiriləcək. Bu proqram üçün Asiya İnkişaf Bankı (AİB) $750 mln. məbləğində tranş ayırmağı planlaşdırır (hər biri $250 mln. olan 3 tranş - İF-Az).
Lot-1-də son 3 il ərzində minimum $19,32 mln. həcmində illik tikinti dövriyyəyə malik olan və son 5 il ərzində iddiaçının iştirak payı hər biri üçün 7,41 mln. ABŞ dollarından artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Lot 2-də son 3 il ərzində minimum $15,36 mln. həcmində illik tikinti dövriyyəyə malik olan və son 5 il ərzində iddiaçının iştirak payı hər biri üçün 6,14 mln. ABŞ dollarından artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Hər iki lotda son 3 il ərzində minimum $34,68 mln. həcmində illik tikinti dövriyyəsinə malik olan və son 5 il ərzində ərzində iddiaçının iştirak payı hər biri üçün 13,87 mln. ABŞ dollarından artıq olan, uğurla başa çatmış və ya əhəmiyyətli dərəcədə tamamlanmış ən azı bir oxşar müqavilə həyata keçirmiş şirkətlər iştirak edə bilərlər.
Şirkətlərdən tender təklifləri sentyabrın 16-dək qəbul olunur. Tender proseduru da həmin gün keçiriləcək.
Xəbər verildiyi kimi, 2015-ci ilin may ayında Azərbaycan hökuməti və AİB ölkənin elektrik paylayıcı sisteminin yaxşılaşdırılması üzrə $1 mlrd. məbləğində investisiya proqramının həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalayıb.
AİB iyul aylında layihə üzrə multitranş maliyyələşdirmə proqramını təsdiq edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət