“Baltika-Bakı” şirkəti Azərbaycanda biznesin uğurla davam etdirilməsi üçün dövlət dəstəyinə ümid edir. Bu barədə “Baltika-Bakı” şirkətinin baş direktoru və Carlsberg Qazaxıstan şirkətinin prezidenti Viktor Semaka istinadən məlumat verilir.
“Şirkətin rentabellik həddində dayanmasına baxmayaraq, biz işçilərin kütləvi ixtisarı kimi kritik addımlar atmamaq və biznesimizin rentabelliyini qaytarmaq üçün maksimal səviyyədə çalışırıq. Lakin biznesimizin qarşılaşdığı hazırki durumda bunu həyata keçirmək olduqca çətindir. Hesab edirəm ki, yalnız şirkətimiz üçün deyil, bütünlüklə pivə sektoru üçün yeganə çıxış yolu müvafiq qanunvericiliyin yenidən baxılması sahəsində dövlət dəstəyidir”, - deyə V.Semak qeyd edib.
Xüsusilə, məlumatda vurğulanır ki, 1 sentyabr 2016-cı il tarixindən qüvvəyə minən yeni nağdsız hesablaşma və öncədən ödəniş sisteminə keçid bütövlükdə pivə sahəsi və xüsusilə şirkət üçün problemlər yaradacaq.
Məlumatda deyilir ki, satış zəncirinin yeni nağdsız hesablaşma və öncədən ödəniş sisteminə keçməyə hazırlıq səviyyəsini yoxlamaq məqsədi ilə şirkətin keçirdiyi monitorinqin nəticələrinə əsasən ölkə üzrə distribyutorlarının ¾ hissəsi və satış nöqtələrinin 68% yeni biznes modelinə keçməyə hazır deyil.
“Şübhəsiz, nağdsız ödənişə keçid biznesin şəffaflığını təmin etmək baxımından dövlət üçün olduqca vacib addımdır və biz qanuna tabe şirkət olaraq bu təşəbbüsü dəstəkləyirik. Lakin, monitorinq nəticələrinə əsasən, əvvəlcədən ödəniş tələbinin tətbiqi nəinki tədarük zəncirinin üzvləri arasında münasibət məntiqinə zidd olan, hətta sektor üçün acınacaqlı fəsadlar törədəcək ağır şərtdir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, vurğulanır ki, 16 may 2016-cı ildə Tarif Şurası tərəfindən qəbul edilən yeni su Tarifikasiya sistemi ilə əlaqədar istehsal xərclərinin artması, biznes üçün yeni zərbə olub. Belə ki, su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 manat qiymətin təyin edilməsi şirkətin xərclərini tək 2016-cı ildə 420 min manat artırır.
“Yuxarıda sadalan hallar, müqəddəs Ramazan ayı ərzində satışların kəskin şəkildə aşağı düşməsi və illik satışların 70% əhatə edən yayın ilk aylarında satış üçün qeyri-qənaətbəxş hava şəraiti ilə əlaqədar hal-hazırda şirkətin rentabelliyi təhlükə altındadır. Hazırki böhran situasiyanın deeskalasiyası məqsədilə şirkət “qaynar mövsüm” başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmaq qərarı alıb”, - deyə məlumatda qeydb olunur.
Bu dövr ərzində pivə istehsalı və pivənin süzülməsi dayandırılacaq, şirkətin fəaliyyəti hazır məhsulun realizasiyasına və satışların dəstəklənməsi üçün minimal maliyyə və inzibati əməliyyatlara köklənəcək.
“Sözügedən dövrdə əməkdaşların təqribən 80% boşdayanmaya göndəriləcək və sosial paketin qüvvədə qalması şərti ilə, əmək haqlarının 2/3 hissəsini ödəniləcək. Boşdayanma dövründə şirkət böhrandan çıxmaq məqsədi ilə biznes modelinin optimizasiyası mexanizmlərinin işlənib hazırlanması üçün bütün səylərini ortaya qoyacaq və nəticə etibarı ilə bununla biznesin Azərbaycandakı aqibəti öz həllini tapacaq”, - deyə məlumatda deyilir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət