Kanadanın “Zenith Energy Ltd.” şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokdan hasilatın pay bölgüsü sazişi çərçivəsində ilk neft hasilatına başlayıb. Bu barədə şirkətin məlumatında deyilir.
“Blokdan gündəlik təxminən 300 barrel neft hasil edilir. Bu mərhələ blokun işlənməsi üzrə operatorluğun "Zenith Aran Oil Company Limited” (“Zenith Energy Ltd”nin 100% törəməsi) və SOCAR tərəfindən yaradılmış "Aran Oil Operating Company” əməliyyat şirkətinə ötürülməsi prosesinin uğurla başa çatdığını göstərir”, - deyə məlumatda bildirilir.
Operatorluğun ötürülməsi prosesi aktivlərin, o cümlədən infrastrukturun, neft sənayesi obyektlərinin və neft quyularının “Aran Oil Operating Company”yə ötürülməsini və onun adına qeydiyyata alınmasını nəzərdə tutur.
“Zenith” həmçinin texnologiyaya sərmayə qoyuluşları, təkmilləşdirilmiş hasilat metodlarının tətbiqi və kəşfiyyat işlərinin aparılması hesabına gələcəkdə müqavilə blokundan hasilat həcmlərini artırmağa ümid edir.
«SOCAR-ın məlumatına görə, ötən əsrin 80-ci illərinin sonlarında bu yataqlardan gündəlik 15 min bareldən çox neft hasil olunurdu. Ancaq maliyyə çatışmazlığı və Xəzərdə iri layihələrin həyata keçirilməsi ilə əlaqədar prioritetlərin dəyişməsi səbəbindən vəziyyət pisləşdi», - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, bu il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Saziş 25 il müddətində qüvvədə olacaq. Sazişdə “Zenith” şirkəti 80 faizlik, SOCAR isə 20 faizlik iştirak payına malikdir. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadrat kilometr ərazini əhatə edir. Hazırda blokda sutkalıq neft hasilatının həcmi 350 barel təşkil edir. Burada həmçinin az həcmdə hasil olunan qaz təsərrüfat və istehsalat ehtiyaclarının təmin edilməsinə yönəldilir.
“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları bloku İmişli rayonu ərazisində yerləşir. “Muradxanlı” yatağı 1971-ci ildə, “Cəfərli” yatağı 1984-cü ildə, “Zərdab” yatağı 1981-ci ildə kəşf edilib.
Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 mln. ton, qalıq qaz ehtiyatları 36 mln. kubmetr həcmində qiymətləndirilir. Hazırda blok üzrə istismar fondunda 77 quyu var.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət