Azərbaycanda qeyri-islam dini icmaların rəhbərləri Parlamentlərarası Pravoslav Assambleyasını Qarabağ münaqişəsi məsələsində qərəzsiz və düzgün mövqe tutmağa çağırıblar.
Dini icmaların rəhbərləri bu Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) 23-cü illik toplantısının iştirakçıları tərəfindən qəbul olunan “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnamənin sonuncu bəndinə - Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və aprel döyüşləri ilə bağlı tamamilə yanlış məlumatı özündə əks etdirən müddəaya etirazlarını bildiriblər.
“Biz dini konfessiyaların, dini liderlərin və dini qurumların sülh və qardaşlıq naminə bir araya gəlmələrini qiymətləndirir, lakin Parlamentlərarası Pravoslav Assambleyasının “Fundamental Qlobal Təhdidlər – Xristian Pravoslav Perspektivi” adlı qətnaməsinə hansısa tərəfin maraqlarından çıxış edərək, Dağlıq Qarabağ barəsində düzgün olmayan, təxribat xarakterli müddəanın əlavə edilməsini Parlamentlərarası Pravoslav Assambleyasının xristianlıq və demokratiya prinsipləri və dəyərləri üzərində qurulan hədəflərinə zidd olduğunu düşünürük”, - deyə müraciətdə deyilir.
Etiraz məktubunu Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Alban-udi xristian icmasının sədri Robert Mobili, Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturasının ordinarisi Vladimir Fekete, “Həyat sözü” xristian dini icmasının sədri Rasim Xəlilov, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icmasının sədri Yəhya Məmmədov, Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova və “Yeni Həyat” xristian incil dini icmasının sədri Lyudmila İbrahimova imzalayıblar.
Parlamentlərarası Pravoslav Assambleyasının illik XXIII konfransının yekun bəyannaməsinin son bəndində qeyd edilib ki, “Assambleya Dağlıq Qarabağla Azərbaycan tərəfinin bütün təms xətti boyunca vəziyyətin görünməmiş dərcədə gərginləşməsi ilə əlaədar narahatlığını ifadə edir. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Çox sayda ağır texnikadan istifadə, dinc əhalinin atəşə tutulması məsələnin hərbi yolla həllinə yönələn qeyri-uzaqgörüən səylərin həyata keçirilməsindən xəbər verir... ”. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət