Azərbaycan Banklar Assosiasiyası (ABA) sentyabrın sonuna qədər üzv-banklardan Özəl Kredit Bürosunun (ÖKB) təsisçisi qismində iştirakına dair ərizələrin qəbul ediləcəyinə ümid edir. Bu barədə ABA-dan məlumat verilib.
“ABA-nın Rəyasət Heyətinin iclasında Özəl Kredit Bürosunun yaradılması əsas müzakirə mövzularından biri olub. Müzakirələr nəticəsində ABA üzvü olan bütün banklara müraciət edilərək bir ay müddətində onlardan ÖKB-nin yaradılmasında təsisçi qismində iştirak etmək niyyətləri barədə məlumat verilməsi qərara alınıb”, - deyə məlumatda deyilir.
ABA sentyabrın sonuna qədər banklardan cavab gözləyir.
ÖKB-nin yaradılmasında təsisçi qismində 51%-lik iştirak payı ilə İslandiyanın “CreditInfo Group” şirkəti, 49%-lik iştirak payı ilə digər təşkilatların iştirakı, o cümlədən nizamnamə kapitalının 2,2 mln. avro olması nəzərdə tutulur.
Məlumatda həmçinin qeyd olunur ki, ÖKB-nin yaradılmasına texniki dəstək verməklə əsas səhmdarlarından olması planlaşdırılan İslandiyanın “Creditİnfo Group”-un nümayəndələri sentyabr 7-8-də Bakıda səfərdə olacaqlar.
“Səfər zamanı ÖKB yaradılmasında səhmdar qismində iştirak etmək istəyən banklar, eyni zamanda, digər əlaqədar assosiasiyalarla görüşü gözlənilir”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət