"Azneftkimyamaş" ASC 2016-cı ilin yanvar-iyul aylarında 10 mln. 602,7 min manatlıq maşınqayırma məhsulu istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 14,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
“Hesabat dövründə istehsalın ümumi həcmində 2 mln. 600,1 min manatlıq məhsul Suraxanı maşınqayırma zavodunun, 2 mln. 323,8 min manatlıq məhsul Bakı neft maşınqayırma zavodunun, 1 mln. 529 min manatlıq məhsul Sabunçu Elmi-İstehsalat Birliyinin payına düşüb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, yanvar-iyul aylarında Balaxanı maşınqayırma zavodu 1 mln. 129,2 min manatlıq, Bakı fəhləsi maşınqayırma zavodu 974,7 min manatlıq məhsul istehsal edib.
«Bu dövrdə “Azneftkimyamaş” tərəfindən Rusiya, Qazaxıstan və Ukraynaya 1,5 mln. manat dəyərində məhsul ixrac olunub. 6 mln. manatlıq məhsul isə SOCAR-a satılıb. Yanvar-iyul aylarında istehlakçılara 8 mln. 788,3 min manatlıq məhsul göndərilib», – deyə məlumatda qeyd olunur.
7 ay ərzində ASC-nin müəssisələrində 12 növdə yeni avadanlıq nümunələri yaradılıb.
“Azneftkimyamaş” ASC 2001-ci il martın 22-də maşınqayırma zavodunun bazasında yaradılıb və həmin ilin dekabr ayının 24-də səhmdar cəmiyyət kimi qeydiyyatdan keçib. Müəssisənin səhmləri dövlətə məxsusdur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət