SOCAR Yunanıstanın DESFA qazpaylayıcı şirkətinə məxsus səhmlərin 66%-nin alınması üzrə sövdələşmənin öz xeyrinə başa çatacağına ümid edir. Bu barədə bu gün jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.
«Yunanıstan tərəfi tender proseduruna zidd addımlar atıb. Xüsusilə qabaqcadan razılaşdırılmış şərtlər pozulub və biz indi Yunanıstan hökumətindən bunun əsaslandırılmasını gözləyirik. Dəyişilən qaydaya əsasən, DESFA-nın qiyməti iki dəfə aşağı enir. Əgər obyektin gəlirliliyi aşağı salınırsa, deməli, onun qiyməti də aşağı enməlidir”, - deyə o qeyd edib.
SOCAR prezidenti deyib ki, yeniliklərlə əlaqədar DESFA-nın qiyməti iki dəfə az olmalıdır.
Onun sözlərinə görə, SOCAR bu sövdələşməni öz xeyrinə başa çatdırmaq niyyətindədir. «Biz çox səy göstərmişik və DESFA-nın səhmlərinin alınması üzrə tenderin qalibi olmuşuq, buna görə də bu sövdələşmədən imtina etmək fikrimiz yoxdur», - deyə R.Abdullayev söyləyib.
O əlavə edib ki, şirkət öz hüquqlarını sonadək müdafiə edəcək, ancaq hələ ki, məhkəməyə müraciət etməyi planlaşdırmır.
Şirkətin prezidenti deyib ki, DESFA-da SOCAR-ın payını (66%-lik paketin 17%-ni) almaq istəyən İtaliyanın "Snam" şirkəti əqdin bağlanılmasına hazırdır.
SOCAR DESFA-dan əldə etdiyi səhmlərin 66%-dən 17%-nin üçüncü tərəfə satışı üzrə sövdələşməni 2016-cı ilin sonunadək başa çatdırmağa ümid edirdi. Bu sövdələşmənin Avropa antiinhisar orqanları tərəfindən qəbul edilməsi üçün şirkət əldə etdiyi 66% səhmin 17%-ni üçüncü tərəfə satmağa razılıq vermişdi.
Xəbər verildiyi kimi, Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) yalnız iki namizəddən - İtaliyanın “Snam” şirkəti və “Fluxys-Enagas” şirkətlər alyansından DESFA-nın səhmlərinin 17%-nin alınmasına dair rəsmi təklif alıb. “Fluxys” 8%, “Enages” 9% pay sahibi olmaq istəyir.
Lakin Yunanıstan KİV-ləri bu ilin mart ayında “Fluxys”, “Enages” və “Snam” şirkətlərinin DESFA-da səhmlərin 17%-ni almaqdan imtina etməsi barədə məlumat yayıblar.
2013-cü il iyulun 31-də HRADF DESFA qazpaylayıcı şirkətinin 66%-lik səhm paketinin Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında ARDNŞ ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb
Yunanıstanın qanunvericiliyinə və Avropa Birliyinin energetika üzrə üçüncü direktivinə müvafiq olaraq Avropa Komissiyası bu sövdələşmə üzrə son bəyənilmə qərarı verməlidir.
2014-cü ilin noyabr ayında Avropa Komissiyası Yunanıstanın DESFA qaz nəqli sistemi operatorunun səhmlərinin 66%-nin SOCAR tərəfindən alınmasına dair sövdələşmənin Avropa İttifaqının reqlamentinə uyğunluğunu qiymətləndirmək üçün araşdırmalara başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət