Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzi nəzdində yaradılan "Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum"u çərçivəsində yüksək reytinq almaq niyyətindədir. Bu sözləri Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi Zaur Fətizadə deyib.
“Azərbaycan üzrə hesabat bu ilin sentyabr ayında Qiymətləndirmə Qrupunun 24-cü iclasında müzakirə olunacaq”, - deyə Z.Fətizadə “Vergilər” qəzetində dərc edilmiş məqaləsində yazır.
Onun sözlərinə görə, Azərbaycan üzrə qiymətləndirmənin birinci mərhələsinə 2014-cü ilin dekabr ayında başlanılıb, hazırlanan hesabat layihəsi Qlobal Forumun 21-24 sentyabr 2015-ci il tarixli 21-ci iclasında müzakirə edilib. Nəticədə Azərbaycanda vergi məqsədləri üçün məlumat mübadiləsinin tətbiqi mexanizmi üzrə qanunvericiliyin tələblərinə müsbət rəy verilərək, ölkəmizin qiymətləndirmənin birinci mərhələsini uğurla keçdiyi barədə qərar qəbul edilib.
Ötən ilin dekabrında başlanmış ikinci mərhələ çərçivəsində Qiymətləndirmə Qrupunun üzvləri ölkəmizə səfər edib. Martda baş vermiş səfər müddətində ekspertlər məlumatların mübadiləsi üzrə Vergilər Nazirliyi və digər səlahiyyətli qurumların nümayəndələri ilə görüşlər keçirib, vergi inzibatçılığında şəffaflıq prinsiplərinin gözlənməsi ilə əlaqədar görülmüş işlər və məlumat mübadiləsi prosesi ilə tanış olub, Vergilər Nazirliyində məlumatların təhlükəsizliyinin beynəlxalq standartlar səviyyəsində qorunması sistemini nəzərdən keçiriblər. Nəticədə qiymətləndirmənin ikinci mərhələsinin hesabat layihəsində də Azərbaycanın vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə qanunvericilik və inzibatçılıq sistemlərinə müsbət rəy verilib", - deyə Z. Fətizadə vurğulayıb.
Hazırda Qlobal Foruma üzv olan dövlətlərin 94-də yurisdiksiya üzrə qiymətləndirmənin hər iki mərhələsi yekunlaşıb.
O deyib ki, Azərbaycan vergi şəffaflığı və məlumat mübadiləsi üzrə yüksək status almış ölkələrin sırasına qoşulmaq niyyətindədir.
“Azərbaycanın mötəbər beynəlxalq təşkilat tərəfindən yüksək reytinqə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandıracaq. İlk növbədə, əlverişli investisiya mühiti və şəffaflığın təminatı fonunda beynəlxalq arenada nüfuzun daha da artırılması imkanları qeyd olunmalıdır. Ölkənin investisiya potensialının dünya miqyasında tanıdılması ilə xarici investisiyaların cəlbinin stimullaşdırılması və genişləndirilməsi, eləcə də Azərbaycanın bütün maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir Forumda etibarlı partnyor kimi tanınması xüsusi əhəmiyyətə malikdir. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş imicini daha da yüksəldəcək”, - deyə Z.Fətizadə əlavə edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət