SOCAR 2016-cı ilin sonunadək AzMeCo şirkətinə məxsus olan Metanol zavodunun sahibi ola bilər. Bu barədə bu gün jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov məlumat verib.
"Zavodun dəyəri artıq müəyyənləşdirilib, ola bilsin ki, cari ilin sonunadək bu müəssisə bizim sərəncamımıza keçsin", - deyə S.Qasımov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
"Məhkəmənin qərarı ilə Azərbaycanda metanol istehsalı ilə məşğul olan zavod “Aqrarkredit” QSC-yə veriləcək, daha sonra isə QSC zavodu hərracda SOCAR-a satmalıdır", - deyə o qeyd edib.
Vitse-prezident əlavə edib ki, hazırda SOCAR müvafiq məhkəmə qərarını gözləyir.
O, şirkətin Metanol zavodunu almaq üçün yönəldəcəyi vəsaitin məbləğini açıqlamayıb.
AzMeCo bütün beynəlxalq standartlarla sertifikatlaşdırılmış Metanol zavodunun Azərbaycanda yeganə mülkiyyətçisidir. AzMeCo şirkəti zavodun tikintisinə $500 mln.-a yaxın investisiya yatırıb.
Zavodda metil spirtinin illik istehsal həcmi 720 min tondur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət